Məktəblərdə ixtisasartırma təlimləri keçirilib
10:58 04 Yanvar 2019
Paytaxt məktəblərində ümumi orta təhsil səviyyəsində keyfiyyətin qiymətləndirilməsi ilə bağlı təhsil işçiləri üçün ixtisasartırma təlimləri təşkil olunub.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Femida.az-a verilən məlumata görə, paytaxtın 12 inzibati rayonu üzrə keçirilən təlimlərdə fənn müəllimləri, direktor müavinləri və məktəb psixoloqları daxil olmaqla 500 nəfər iştirak edib.
Təhsil Nazirliyi və “Mədəd Azərbaycan” təşkilatı tərəfindən təşkil olunmuş təlimlər 60 saatlıq proqramı əhatə edib.
Təlimlər zamanı iştirakçılar fənlərin tədrisində və məktəbdaxili qiymətləndirmənin təşkilində müasir metodiki yanaşmalarla tanış olub, şagirdlərə mücərrəd anlayışların əyani vasitələrlə göstərilməsi üçün tətbiq olunan yeni metodiki qaydalar nəzərdən keçirilib.
Şagirdlərdə oxuyub-anlama, dinləyib-anlama, yazı, riyazi bacarıqların inkişaf etdirilməsi, məktəb mühitinin səmərəliliyinin artırılması, təlim motivasiyasının yaradılması, təhsil müəssisələrində psixoloji xidmətin əsas istiqamətləri, məktəblilərdə fiziki sağlamlığın qorunması və reabilitasiyası kimi mövzular ətrafında müzakirələr aparılıb.
Təlimlərə nəticəsində, yeni metodikalara yiyələnən iştirakçılar tədrisin keyfiyyətinin təmin olunmasında bu vasitələrin rolunu daha aydın müəyyənləşdirir, həmçinin fənlərə uyğun olaraq müvafiq qiymətləndirmə meyarlarını tərtib etmək üçün təcrübə əldə edirlər.
Femida.az
Oxunub: 319
Oxşar xəbərlər
- Məktəblərdə “Bilik Günü” təntənəli şəkildə qeyd edilməyəcək - RƏSMİ
- Məktəblərdə səyyar vaksinasiya məntəqələri bərpa edilib
- Məktəblərdə peyvənd məntəqələri bərpa ediləcək
- Məktəblərdə bu fənnin tədrisi dayandırılacaq
- Məktəblərdə Fiziki tərbiyə dərslərinin əyani tədrisi dayandırılacaq
- Məktəblərdə qiymətləndirmə bu qaydada aparılacaq
- Məktəblərdə koronavirusa qarşı görülən tədbirlər açıqlanıb
- Məktəblərdəki tətil günləri açıqlandı
- Məktəblərdə tədris ilinin müddətini Nazirlər Kabineti müəyyən edəcək
- Məktəblərdə tətil mayın 1-dək uzadılacaq? - Təhsil Nazirliyindən açıqlama