Azərbaycanlı qız Almaniyada “ən çılğın polis” adına namizəddir - Fotolar

Azərbaycanlı qız Almaniyada “ən çılğın polis” adına namizəddir - Fotolar


10:11     05 Yanvar 2019 2019/01/35616359_1926410264065343_3126302558704893952_n(1)_1546668818.jpg

Azərbayanlı qız Lana Atakişiyeva Berlin polisində komissar vəzifəsində çalışır və Almaniyanın “ən çılğın polisi” qeyri-rəsmi tituluna namizəddir.

Almaniya KİV-i bildirib ki, 30 yaşlı bakılı qız çox tezliklə Adrienna Kolejara məxsus titulu ələ keçirə bilər. Xanım Kolejar Drezdendə polis əmıkdaşıdır və “İnstagram” səhifəsinin 650 min abunəçisi var.

“Adrienna şux qamətini sosial şəbəkələrdə nümayiş etdirməyi xoşlayır və bundan şou düzəldir, - mənbə qeyd edir. – Çimərlikdə bikinidə çəkdirdiyi xeyli şəkil var. O, əsas işini unudaraq, Maldiv adalarında, Dubayda, Floridada, Nyu-Yorkda və Amsterdamda səyahətlərdə olub. Hüquq-mühafizə orqanlarının 34 yaşlı qadın əməkdaşı sərfəli müqavilələr bağlayaraq, kosmetika və avtomobil reklamlarına çəkilib. Bundan əlavə, yerli televiziyada özünün fitnes-şousunu aparmağa başlayıb.



Lakin 2019-cu ildə hər şey dəyişə bilər. Adrienna elan edib ki, fəal polis xidmətinə qayıdır və bu mənada özünün əsas rəqibi olan Lana Atakişiyeva səddini dəf etməlidir. Bunu bacaracaqmı?

15 il ərzində Lana miqrantlıqdan Berlin polisinin komissarına kimi yol qət edib. Özünün “İnstagram”dakı səhifəsində o da bikinidə, qısa paltarlarda seksual fotoşəkilləri ilə bölüşür, həmçinin məşq vaxtı çəkdirdiyi kadrları paylaşır.

Hələlik “İnstagram”dakı pərəstişkarlarının sayına görə o, Adrienna Kolejara aşkar uduzur. Hazırda Lananın 52 min abunəçisi var. Lakin bu cür cazibədar zahiri görünüşü ilə azərbaycanlı qız tez bir zamanda məşhurlaşa və Almaniyada ən çılğın polis qadın adına yiyələnə bilər. O, müqaviməti qırmağı bacarır. Bunu keçdiyi yol da sübut edir”.



“Məktəbdə şagirdlər mənə istehza edirdilər, - Lana xatırlayır. – Çox ağlayırdım, lakin hər zaman ailəsini dolandırmaq üçün Bakıda işləyən atamı düşünürdüm. O, yalnız 6 ildən sonra yanımıza gələ bilmişdi.

Heç vaxt dostlarıma vaxtım qalmayıb, amma həmişə nə istədiyimi bilmişəm. Mən polis olmaq arzusunda idim, çünki bu dünyada nəyisə dəyişmək istəyirdim”.

Lana ailəsinə kömək etmək üçün bir müddət ofisiant işləyib, sonra isə Berlin İqtisadiyyat və Hüquq Universitetinə daxil olub və bu ali məktəbin polis xidməti fakültəsində təhsil alıb. Diplom işinin mövzusu isə “Berlin polisində miqrantlar: motivasiya və sədlər” olub. Azərbaycanlı qızdan bəhs edən Almaniya nəşrləri onu “alman cəmiyyətinə uğurlu inteqrasiya”ya nümunə kimi göstərirlər.



Bu gün Lana polis komissarıdır və artıq üç ildir ki, Berlinin Noyköln rayonunun təhlükəsizliyinə cavabdehdir. / virtualaz.org

Femida.az

Açar sözlər: #polis   #Azərbaycan   #Almaniya   #qadın  

Oxunub: 5329