100 hərbçi barəsində həbs qərarı - Xüsusi təyinatlılar əməliyyata başladı


09:50     07 Yanvar 2019 19_01_07_1546840322.jpg


Ankara Respublika Prokurorluğu FETÖ istintaqı əsnasında orduda xidmət edən 100 zabitlə bağlı həbs qərarı çıxarıb.

Femida.az xəbər verir ki, prokurorluq uzun müddət telefon dinləmələri və mesajlarla bağlı apardığı araşdırmadan sonra hazırda xidmətdə olan hərbçilərin həbs edilərək sorğulanması barədə qərar verib.

Bu səhər Ankara Təhlükəsizlik İdarəsinin Terrorla Mübarizə Şöbəsinin xüsusi təyinatlıları quru qoşunlarında xidmət edən şübhəlilərin yaşadığı ünvanlarda əməliyyata başlayıb.
Əməliyyatlar davam edir.

Femida.az

Açar sözlər: #Türkiyə   #hərbi   #ordu   #həbs   #prokurorluq   #FETÖ  

Oxunub: 2656