Kapitan İsmayılovun meyiti hələ də tapılmayıb - Səfirlikdən açıqlama


12:47     08 Yanvar 2019 2019/01/gemi1-23_1546937419.jpg

Ötən gün Türkiyənin Samsun şəhəri yaxınlığında qəzaya uğrayan gəmidə olan azərbaycanlılardan biri hələ də tapılmayıb.


Bu barədə Femida.az-a Azərbaycanın Türkiyədəki səfirliyindən məlumat verilib. Bildirilib ki, Azərbaycan vətəndaşı - gəmi kapitanı İsmayılov Turbat Kamil oğlunun axtarışları davam etdirilir.“Dünən hava şəraiti pis olduğu üçün axtarışlar çətinləşmişdi. Bu gün hava şəraiti normaldır, hazırda axtarışlar davam edir”.

Qeyd edək ki, yanvarın 7-də saat 16:50-də Qara dənizdə Türkiyənin Samsun şəhəri yaxınlığında Panama bayrağı altında üzən “Volgabalt 214” gəmisi qəzaya uğrayıb. Gəminin ekipaj üzvlərindən 2 nəfəri Azərbaycan vətəndaşıdır. Qəza zamanı gəmi kapitanının baş köməkçisi İbrahimov Məmmədəli Surxay oğlu dünyasını dəyişib, onun meyiti sudan çıxarılaraq təhvil verilib. Digər Azərbaycan vətəndaşı - gəmi kapitanı İsmayılov Turbat Kamil oğlunu tapmaq mümkün olmayıb. Qəza zamanı onun da həlak olduğu bildirilib.

Femida.az

Açar sözlər:

Oxunub: 672