"Haqqı çatan bəzi vətəndaşlara əlillik verilməyib" - Səhiyyə naziri
10:36 09 Yanvar 2019
“Bu il əlilliklə bağlı problemlərin, narazılıqların aradan qaldırılması üçün işlər görülüb, Səhiyyə Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin birgə komissiyası yaradılıb, araşdırmalar aparılıb”.
Femida.az xəbər verir ki, bunu səhiyyə naziri Oqtay Şirəliyev deyib.
Nazir bunun çox vacib məsələ olduğunu bildirib: “Doğrudur, səhiyyə işçilərində də müəyyən problemlər var. Amma təxminən 50 faiz Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin qeyri-obyektiv yanaşması nəticəsində əlillik verilməli olan insanlara əlillik verilməyib. Biz bunları araşdırmışıq və o nazirliyə müraciət etmişik”.
O.Şirəliyev əlavə edib ki, bir neçə il əvvələ qədər Avropa ölkələri arasında Azərbaycan dərmana davamlı vərəmlə bağlı birinci yerdə idi: “Son nəticələrə görə indi bu göstəricilər həm ilkin, həm də təkrar xəstələnmələr 2 dəfə azalıb. Vərəmlə xəstələnmə göstəricisi isə 53,7-dən 39,8-ə düşüb”.
Nazir eyni zamanda, epidemioloji sabitliyin hər bir ölkə üçün vacib olduğunu, yoluxucu xəstəliklər, idarə olunan infeksiyalar sahəsində Azərbaycanda böyük nailiyyətlər qazanıldığını deyib: “Uşaqlar 11 adda vaksinlə dövlət tərəfindən təmin edilib”.
Femida.az
Oxunub: 919
Oxşar xəbərlər
- Səhiyyə Nazirliyi Qurban bayramı ilə bağlı vətəndaşlara müraciət edib
- Səhiyyə naziri valideynlərə müraciət edib
- Səhiyyə Nazirliyi yuxu və qida rejimi ilə bağlı sürücülərə müraciət edib
- Bir qrup səhiyyə işçisi təltif edilib - SİYAHI
- Əli Əsədov Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru ilə görüşüb
- Səhiyyə Nazirliyinin səlahiyyətlərindən biri alınaraq TƏBİB-ə verilib
- DİQQƏT! "Meymun çiçəyi" virusu bu yolla yayılır - Səhiyyə Nazirliyi açıqlama yaydı
- Səhiyyə naziri: “Pandemiyanın sona çatdığı elan oluna bilər”
- Səhiyyə naziri qapalı məkanlarda maska tələbinin ləğvi məsələsinə münasibət bildirib
- Səhiyyə qurumları “Peyvənd sertifikatı” ilə bağlı əhaliyə çağırış edib