Hazırda xəstəxanalarda 640 nəfər qripdən müalicə olunur - Gürcü nazir


16:31     09 Yanvar 2019 2019/01/5c35e8b8d3d08_g_1547037134.jpg

Hazırda Gürcüstan xəstəxanalarında 640 nəfər qrip virusundan müalicə olunur. Onlardan 39-u reanimasiya şöbəsindədir.


Bu məlumatı jurnalistlərə Gürcüstanın səhiyyə naziri David Sergeyenko verib. Onun sözlərinə görə, müalicə olunanların 45 faizi virusa yoluxmanın ilkin mərhələsində həkimə müraciət edib. "Son iki gün - yanvarın 7-si və 8-i ilə müqayisədə bu gün xəstəxanalara müraciət edənlərin sayında 100 nəfər azalma var. Bu da xəstəliyin vaxtında və düzgün müalicəsinə, eləcə də virusun yayılmasının qarşısının alınmasına imkan yaradır”, - deyə nazir vurğulayıb.

D.Sergeyenko deyib ki, qripin epidemiya halı alması təhlükəsi yoxdur və vəziyyət tədricən normallaşır. (AZƏRTAC)

Femida.az

Açar sözlər:

Oxunub: 384