Hərbçilərimiz Əfqanıstandan qayıtdı


10:38     10 Yanvar 2019 2019/01/860054e3973289c58e0c5de0b1add5f6_1547102309.jpg

Azərbaycan Ordusunun Əfqanıstan İslam Respublikasındakı bir qrup sülhməramlısı plana uyğun olaraq rotasiya qaydasında Bakıya qayıdıb.

Femida.az-ın Müdafiə Nazirliyinə istinadən məlumatına görə, ordumuz NATO-nun həyata keçirdiyi “Qətiyyətli Dəstək” missiyasının tərkibində fəaliyyət göstərir.

Azərbaycan Ordusunun Əfqanıstandakı sülhməramlı missiyası 2002-ci il noyabrın 20-dən başlayıb.

Hazırda Azərbaycan Ordusunun 120 hərbi qulluqçusu, 2 hərbi həkimi və 6 qərargah zabiti olmaqla Əfqanıstandakı missiyada iştirak edir.

Femida.az

Açar sözlər:

Oxunub: 393