Baş redaktor məhkəmədə ifadə verdi
19:41 11 Yanvar 2019
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Criminalaz.com" saytının baş redaktoru Anar Məmmədovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Femida.az-ın Report-a istinadən verdiyi xəbərə görə, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub.
Elan olunmuş ittiham üzrə A.Məmmədov özünü təqsirli bilmədiyini söyləyib.
O, sərbəst ifadəsində ona qarşı irəli sürülmüş ittihamları absurd sayıb, qəbul etmədiyini söyləyib.
Qeyd edib ki, saytda yazdığı yazılar sırf jurnalistika peşəsinə uyğun olub: "Yazılardan birini "Turan" İnformasiya Agentliyindən istinadla vermişəm. Digərini isə politoloq Ərəstun Oruclunun Gəncə hadisələri ilə bağlı yazdığı bloquna istinadən vermişəm. Bu yazılara istinad etdiyim üçün heç bir məsuliyyət daşımıram. Gəncənin sabiq icra başçısı Elmar Vəliyevlə heç bir ədavətim, ümumiyyətlə, münasibətim belə olmayıb".
Daha sonra həyat yoldaşı Gülnar Məmmədova şahid qismində məhkəməyə dəvət edilib. O, ailə üzvlərindən olduğunu deyərək ifadə verməkdən imtina edib.
Məhkəmənin baxış iclası yanvarın 18-nə təyin olunub.
Qeyd edək ki, A.Məmmədov Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.
Femida.az
Oxunub: 481
Oxşar xəbərlər
- Baş Prokurorluqdan Azərbaycan Ordusu ilə bağlı XƏBƏRDARLIQ
- Baş Prokurorluqdan Əvəz Zeynallı açıqlaması: "Araşdırılır"
- Baş Prokurorluq Şəmkirdə əməliyyat keçirib, vəzifəli şəxs saxlanılıb
- Baş Prokurorluq: "161-Qaynar xətt” mərkəzi ödənişsizdir"
- Baş Qərargah Rusiyanın itkilərinin sayını açıqlayıb
- Baş Prokurorluq Konstitusiya Məhkəməsinə sorğu göndərib
- Baş prokuror İranın səfiri ilə görüşüb
- Baş Prokurorluq özünü ölmüş kimi qələmə verən şəxslə bağlı məlumat yayıb
- Baş Qərargah: "Son sutkada Rusiya 70 hərbçi itirib"
- Baş nazir daşınmaz əmlakla bağlı qərarda dəyişiklik edib