Azərbaycanda daha bir kənd turizm mərkəzinə çevriləcək - PREZİDENT AÇIQLADI


12:54     12 Yanvar 2019 19_01_12_1547283359.jpg


Mənim Sərəncamımla tarixi Basqal kəndini abadlaşdırmaq və turistləri cəlb etmək üçün çox böyük layihələrin icra olunması məqsədilə xüsusi proqram hazırlanır.

Femida.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.

Basqalın qədim yaşayış yeri olduğunu vurğulayan dövlətimizin başçısı deyib: “Həm Basqalda yaşayan vətəndaşlar üçün, həm də turistləri oraya cəlb etmək üçün çox gözəl şərait yaradılacaq. Digər tarixi şəhərlərlə bağlı göstərişlər verilib ki, bu şəhərlərin, xüsusilə turistləri daha çox cəlb edən şəhərlərin məsələləri öz həllini tapsın. Qusar rayonunda yerləşən “Şahdağ” xizək kurortunda yeni xizək zolaqları yaradılır, ümumiyyətlə, yeni yanaşma tətbiq olunur və əminəm ki, bu gözəl kurort turistləri daha çox cəlb edəcək”.

Femida.az

Açar sözlər:

Oxunub: 1051