Yolu keçən qadını avtomobil vurub


20:56     12 Yanvar 2019 piyada5.jpg

İmişlidə piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, "VAZ-2106" markalı avtomobil yolu keçmək istəyən Sadıqova Hədiyyə Vəli qızını vurub.

Yaralı İmişli Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Vəziyyəti ağır olan H.Sadıqova daha sonra Bakıya göndərilib.

Femida.az

Açar sözlər:

Oxunub: 343