“Azərişığ”ın iki vəzifəli şəxsi işdən çıxarılıb


14:54     15 Yanvar 2019 kreslo_201214.jpg

"Azərişıq" ASC-nin Nərimanov rayonu üzrə Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) rəisi Həsən Həsənov, eləcə də bu rayonun elektrik şəbəkəsinin rəisi Səməd Mustafayev vəzifələrindən kənarlaşdırılıblar.


Femida.az report-a istinadən xəbər verir ki, buna səbəb onların vəzifə səlahiyyətlərini yerinə yetirdikləri zaman yol verdikləri nöqsanlardır.

İşdən çıxarılan H.Həsənovun S.Mustafayevin yerinə, yəni aşağı vəzifəyə təyin edildiyi bildirilir.

Report bununla bağlı "Azərişığ"ın mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevlə əlaqə saxlamağa cəhd etsə də, o, telefona cavab verməyib.

Femida.az

Açar sözlər:

Oxunub: 419