Jirinovski: “Fransa ABŞ-ın diktəsi altında yaşayır”


01:02     16 May 2015 jirinovski%20diktesi.jpg

“Avropa və ABŞ başa düşmür ki, onların əsil mənfəəti haradadır”.


Bu sözləri Rusiya Dumasının vitse-spikeri Vladimir Jirinovski çıxış edib. Onun sözlərinə görə, Qərbin mənfəəti Moskva ilə yaxşı münasibətlərdən keçir:

“Fransa çalışır ki, “Mistral”lara görə az pul ödəsin. O, öncədən bunları üçüncü ölkəyə verməklə bağlı razılıq almaq istəyir. Heç vaxt kömək etmək lazım deyil. Fransa zəif ölkə olub və onlar həmişə kimisə satıblar. Birinci Dünya müharibəsində onlar heç nə bacarmadılar. Biz Parisi almanların işğalından qoruduq. Fransa müstəqil ölkə deyil və o, ABŞ-ın diktəsi altında yaşayır. Əgər Qərb Rusiyanı təcrid etsə, Çin tərəfə dönəcəyik. Ona görə Kerri Soçiyə qaçdı. Biz Çindən Avropa Birliyindən aldığımız hər şeyi ala bilirik. Asiya resurslarının Avropa Birliyi və ABŞ-a qarşı birləşməsi onlar üçün qorxudur”.

Açar sözlər:

Oxunub: 475


Oxşar xəbərlər