Prezident Xoşbəxt Yusifzadəni təbrik edib - FOTOLAR
15:50 16 Yanvar 2019
Prezident İlham Əliyev SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadəni doğum günü münasibətilə təbrik edib.
Femida.az xəbər verir ki, dövlət başçısı təbriklərini Sumqayıt Kimya Sənaye Parkının ərazisində inşa olunmuş “SOCAR karbamid” zavodunun istifadəyə verilməsi mərasimində çatdırıb.
“Onu da bildirməliyəm ki, bu zavodun açılışı Xoşbəxt Yusifzadənin ad gününə təsadüf edir. Mən istəyirəm, Xoşbəxt müəllimi bu gözəl hadisə münasibətilə bütün Azərbaycan vətəndaşları adından təbrik edim. Xoşbəxt müəllim neft sənayesinin canlı əfsanəsidir, neft sənayesinin rəmzidir, Azərbaycan vətəndaşının rəmzidir. Mən xüsusilə xahiş etdim ki, Xoşbəxt müəllim bu gün buraya dəvət olunsun, həm onu təbrik edim, eyni zamanda, bu gözəl hadisəni biz birlikdə qeyd edək”, - prezident çıxışında deyib.
Femida.az
Oxunub: 559
Oxşar xəbərlər
- Prezidentdən Elşən Zeynalovla bağlı sərəncam
- Prezident İlham Əliyev Azərbaycan və Litva arasında imzalanan sazişi təsdiqləyib
- Prezident İlham Əliyev özbəkistanlı həmkarını Azərbaycana rəsmi səfərə dəvət edib
- Prezident İlham Əliyev sərəncam imzaladı
- Prezident İlham Əliyevin Bolqarıstanın Baş naziri Kiril Petkov ilə birgə işçi şam yeməyi olub
- Prezident İlham Əliyev Cozef Baydenə məktub göndərib
- Prezident İlham Əliyevin Türkmənistana səfəri başa çatıb
- Prezident “Kəlbəcər-1” kiçik SES-in açılışında iştirak edib
- Prezident "Qida təhlükəsizliyi haqqında" qanunu təsdiqləyib
- Prezident İlham Əliyev Rumıniya nümayəndə heyətini qəbul edib