Prokuror Bakıda qonşusunu bıçaqlayan şəxsə 7 il cəza istədi

Prokuror Bakıda qonşusunu bıçaqlayan şəxsə 7 il cəza istədi


18:10     16 Yanvar 2019 1398947325_mehkeme.jpg

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Əzizağa Bünyatovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Femida.az Trend-ə istinadən xəbər verir ki, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı yekunlaşıb və dövlət ittihamçısı təqsirləndirilən şəxsə cəza istəyib.

Prokuror Ə.Bünyadovun 7 il azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmənin növbəti iclası yanvarın 23-nə təyin edilib.

İttihama görə, ötən il Binəqədi rayonu Sulutəpə qəsəbəsi, Çiçək küçəsində 1960-cı il təvəllüdlü Bünyatov Əzizağa Əlimürsəl oğlu mübahisə zəminində qonşusu, 1974-cü il təvəllüdlü Nəsirov Xaliq Cəlil oğluna bir neçə bıçaq xəsarəti yetirib. Yaralı təcili olaraq Kliniki Tibbi Mərkəzə aparılıb, onun həyatını xilas etmək mümkün olub.

Hadisəni törədən şəxs isə 40-cı polis bölməsi əməkdaşları tərəfindən saxlanılaraq istintaq orqanına təhvil verilib.

Onun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən bədənə ağır xəsarət yetirmə) maddəsi ilə ittiham irəli sürülüb və rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Açar sözlər:

Oxunub: 175