Kabel televiziyalarında problem yaranıb


10:30     17 Yanvar 2019 televizor%20kabel.jpg

Bu gün səhər saatlarından etibarən "ATV+" və "KATV - 1" kabel kanallarının efirində problem yaranıb.

Femida.az qafqazinfo-ya istinadən xəbər verir ki, abunəçilər əksər kanallarının açılmadığını qeyd edirlər. Bu kanallar həm yerli, həm də xarici kanallardır.

Qafqazinfo məsələ ilə bağlı ATV+ kanalı ilə əlaqə saxlayıb. Şirkətdən bildirilib ki, problemdən xəbərdardırlar: "Ola bilsin, hava şəraiti ilə əlaqədar Teleqüllənin işində problem yaranıb. Məsələ gün ərzində həll ediləcək".

Femida.az

Açar sözlər:

Oxunub: 397