Hava şəraiti ilə bağlı xəstəxanaya müraciət edən olubmu? - AÇIQLAMA


10:48     17 Yanvar 2019 sehiyye5.jpg


Azərbaycanda yanvarın 16-dan 17-nə keçən gecə hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar xəstəxanalara müraciət edən olmayıb.

Femida.az xəbər verir ki, bu barədə Report-a Səhiyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, hava şəraitinə görə xəsarət alan olmayıb.

Xatırladaq ki, ötən gün səhiyyə naziri Oqtay Şirəliyev ölkə əhəmiyyətli iri tibb müəssisələrinin rəhbərləri ilə şəxsən görüşüb və onlara gücləndirilmiş iş rejiminə keçmələri barədə tapşırıqlar verib. Eyni zamanda digər tibb müəssisələrinin rəhbərlərinə telefonoqramlar göndərilib. Tibb müəssisələri tam hazır vəziyyətə gətirilib.

Femida.az

Açar sözlər:

Oxunub: 251