Küləklə "donuz qripi" gələ bilərmi? - RƏSMİ AÇIQLAMA


12:14     17 Yanvar 2019 2019/01/kulek1_1547530074.jpg

Sosial şəbəkələrdə küləklə birlikdə Azərbaycana "donuz qripi" virusunun gəlməsi barədə yayılan məlumatlar həqiqətə uyğun deyil.



Bu barədə Femida.az-ə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, respublika ərazisində bu virus yayılmayıb.

"Ümumtəhsil müəssisələrində dərslərin dayandırılması Ekologiya və Təbii Sərvətlər Nazirliyinin havanın kəskin şəkildə dəyişməsi barədə verdiyi xəbərdarlıqla əlaqəlidir. Vətəndaşlardan xahiş olunur ki, təxribata uymasınlar. Ölkədə epidimioloji durum tam nəzarət altındadır”.

Qeyd edək ki, votsap sosial şəbəkəsində yayılan məlumata görə hava ilə Azərbaycana donuz qripi virusu göndərilib. Uşaqlarını açıq havada qalmağa qoymayın.

Femida.az

Açar sözlər:

Oxunub: 781


Oxşar xəbərlər