Facebook Sputnik-in səhifələrini sildi, şirkət etiraz bəyanatı yaydı

"Facebook" Sputnik-in səhifələrini sildi, şirkət etiraz bəyanatı yaydı


20:26     17 Yanvar 2019 19_01_17_1547742483.jpg

Facebook şirkətinin Rusiya ilə bağlı olan 500-dən artıq hesabı, eləcə də Sputnik agentliyinin yeddi səhifəsini pozması, siyasi motivli hərəkət və faktiki olaraq senzuradır.

Femida.az bildirir ki, Sputnik BİA-nın mətbuat xidmətinin məlumatında belə deyilir.

Bu gün Facebook-un kibertəhlükəsizlik şöbəsinin rəhbəri Nataniel Qleyher bildirib ki, "Facebook-dan 364 səhifə Rusiyada əmələ gəlmiş və Baltikyanı, Mərkəzi Asiya, Qafqaz, Mərkəzi və Şərqi Avropa ölkələrində fəaliyyət göstərmiş şəbəkə çərçivəsində koordinasiyalı etibarsız fəaliyyətə aidiyyatı olduğu üçün ləğv edilib".

Bununla yanaşı şirkət Facebook-dakı 107 səhifəni və Instagram-dakı 41 hesabı "onların sahibləri özlərini ukraynalı kimi təqdim edərək saxta hesablar vasitəsilə Ukraynadan hava, etirazlar, NATO və məktəblərdəki sanitar vəziyyətlə bağlı mövzularda xəbərlər yaydıqları üçün" pozub. Şirkətin bəyanatına görə, həmin hesablar həmçinin Rusiya ilə əlaqəlidir.

"Qərar birmənalı olaraq tamamilə siyasidir və yaxın xarici ölkələrdəki 7 redaksiyanın səhifələrinin qapadılması faktiki olaraq senzuradır. Sputnik-in redaksiyası xəbərlərlə məşğuldur və bunu yaxşı edir. Əgər qapatmaq Facebook-un KİV-in keyfiyyətli işinə yeganə reaksiyasıdırsa, o zaman heç bir sualımız yoxdur, hər şey aydındır. Sağlam düşüncənin qalib gələcəyinə ümid edirik. Sputnik-i oxuyun!" - deyə mətbuat xidmətinin bəyanatında bildirilir.

Xatırladaq ki, bu gün Facebook Rusiya ilə bağlı olan 500-dən çox hesabı, eləcə də Sputnik agentliyinin müxtəlif xablarının yeddi səhifəsini silib. Silinmiş səhifələr arasında "Sputnik Azərbaycan"ın azərbaycandilli səhifəsi də var.

Açar sözlər:

Oxunub: 212