“Qazel” “Jiquli”nin üstünə aşdı - Ölən və yaralananlar var

“Qazel” “Jiquli”nin üstünə aşdı - Ölən və yaralananlar var


14:33     20 Yanvar 2019 19_01_20_1547977881.jpg

İmişli rayonunda baş verən avtomobil qəzasında 1 nəfər ölüb, daha 2 nəfər yaralanıb.

Femida.az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun girişində baş verib.

Məlumata görə, “Qazel” markalı avtomobil yoldan çıxaraq, İmişli sakini, 1957-ci il təvəllüdlü Allahverdiyev Hidayət Şəkəralı oğlunun idarə etdiyi “VAZ-2106” markalı avtomobilin üzərinə aşıb. Nəticədə sürücü ölüb, avtomobildə olan sərnişinlər - İmişli sakinləri, 1962-ci il təvəllüdlü Əhmədov Ramiz Əhməd oğlu və 1967-ci il təvəllüdlü Məmmədova Kəmalə Qaraş qızı xəsarət alıblar.

Yaralılar İmişli rayon Mərkəzi Xəstəxanasına yerləşdirlib.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 195