Azərbaycanda avtomobil istehsalı 31 dəfə artıb
20:43 21 Yanvar 2019
2018-ci ildə Azərbaycanda avtomobil istehsalı 31 dəfə artıb.
Femida.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən il maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 282 milyon manatlıq məhsul istehsal edilib.
Qeyd edilib ki, 2017-ci illə müqayisədə avtomobil istehsalı 31 dəfə artıb, maşın və avadanlıqların istehsalı 19,1 faiz, sair nəqliyyat vasitələrinin istehsalı 67,3 faiz azalıb. İl ərzində məişət kondisionerlərinin istehsalı olmayıb, bununla yanaşı, 1303 ədəd traktor, 973 ədəd minik avtomobili istehsal olunub, mancanaq dəzgahlarının istehsalı 2,2 dəfə, ştanqlı quyu nasoslarının istehsalı 1,2 faiz isə artıb.
Oxunub: 372
Oxşar xəbərlər
- Azərbaycanda hərbi xidmətə növbəti çağırış başlayıb
- Bu gün Azərbaycanda Anım Günüdür
- Azərbaycanda qızlar niyə yoxa çıxır? - Görün hardan tapılırlar
- Azərbaycanda hibrid avtomobillərin idxal və satışı daha 1 il vergidən azad ediləcək
- Bu sayda erməni meyiti Azərbaycandadır
- Xarici ölkələrin Azərbaycandakı diplomatlarının Füzuli və Şuşaya səfəri başlayıb
- Azərbaycanda bu şəxslərə yardımlar veriləcək - 5 il müddətinə - VİDEO
- Azərbaycanda son sutkada 710 nəfər koronavirusa yoluxub
- Azərbaycanda son sutkada 563 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb
- Azərbaycanda avtomobillərin icbari sığortalanması qaydaları dəyişib