Baldız yeznəsini öldürdü - SUMQAYITDA


15:55     21 Oktyabr 2015 big_1412179853_kishi-meyit.jpg


Sumqayıt şəhərində qətl törədilib. Şəhər Polis İdarəsindən Femida.az-a verilən məlumata görə, 17-ci mikrorayonda yerləşən mənzildə 1972-ci il təvəllüdlü Rəşad Babayev bıçaqlanaraq öldürülüb. Ürək nahiyəsindən ağır xəsarət alan 43 yaşlı kişinin həyatını xilas etmək mümkün olmayıb.

İlkin araşdırmalar nəticəsində R.Babayevin baldızı tərəfindən ailə münaqişəsi zəminində bıçaqlanması məlum olub. Hadisəni törədən qadın artıq saxlanılıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 1401