Dünyada ən çox qadın jurnalist bu ölkədədir - SİYAHI


13:31     24 Yanvar 2019 2019/01/qadin-jurnalist_1548322175.jpg

Dünyada qadınların media sahəsində rəhbər mövqe tutduğu birinci ölkə Rusiyadır.


Femida.az bildirir ki, bu barədə "Xəbərlər mediasında qadınların vəziyyətinə dair qlobal hesabat"da məlumat yer alıb.

Rusiyada yerləşən media qurumlarının 59 faizinə qadınlar rəhbərlik edir. Söhbət media holdinqlərin sahibləri, baş direktorlar və direktorlardan gedir. Bu ölkə qadın jurnalistlərin sayına görə də birincidir. Belə ki, Rusiyada jurnalistlərin 65 faizini qadınlar təşkil edir. İkinci yerdə isə Finlandiya gəlir. Burada media qurum rəhbərlərinin 35, sıravi jurnalistlərin isə 51 faizi qadınlardır. İlk beşliyi müvafiq olaraq, Macarıstan, Fransa və Polşa bağlayır.
Ümumilikdə Avropada isə qadınların media sahəsindəki nisbəti 40 faizdir.

Amin Nəzərli
Femida.az

Açar sözlər:

Oxunub: 848