Zaur Ramazanov BŞİH-dəki vəzifəsindən azad olunub


19:23     24 Yanvar 2019 baki%20icra%20hakimiyyeti.jpg

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) başçısının Aparatında struktur dəyişikliyi və yeni kadr təyinatı olub.

Femida.az Report-a istinadən xəbər verir ki, Aparatın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əsasında İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsi yaradılıb.

Şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizovun əmri ilə həmin şöbənin müdiri vəzifəsinə Elmin İmanov təyin edilib.

İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zaur Ramazanov isə yeni vəzifəyə təyinat almayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 605


Oxşar xəbərlər