BMT Venesuela üçün toplanacaq


21:48     24 Yanvar 2019 19_01_24_1548352150.jpg

BMT Təhlükəsizlik Şurası Venesueladakı vəziyyətlə bağlı iclas keçirəcək.

Femida.az “TASS”a istinadən xəbər verir ki, bu barədə təşkilatın Cənubi Afrika Respublikasındakı (CAR) daimi nümayəndəsi Cerri Matyil bəyan edib. Onun sözlərinə görə, iclas şənbə günü keçirilə bilər. İclasda ABŞ dövlət katibi Mayk Pompeo da iştirak edə bilər.

“Şənbə günü müxtəlif regionlardan olan həmkarlarımızla birlikdə vəziyyəti necə yoluna qoymaq barədə fikir mübadiləsi aparacağıq. Tərəfləri müzakirələr aparmaq üçün danışıqlar masası arxasına dəvət etmək lazımdır”, - deyə diplomat bildirib.

Açar sözlər:

Oxunub: 287