Səhiyyə Nazirliyi ötən il 21 aptekdə yoxlama aparıb
09:54 25 Yanvar 2019
Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin Əczaçılıq subyektləri ilə iş şöbəsi tərəfindən ötən il ərzində 21 aptekdə yoxlama nəzarəti aparmaq məqsədi ilə başçəkmələr həyata keçirilib.
Femida.az xəbər verir ki, bunu Analitik Ekspertiza Mərkəzindən Trend-in sorğusuna cavab olaraq bildiriliblər.
Mərkəzdən qeyd edilib ki, başçəkmələr hüquqi və fiziki şəxslərdən, həmçinin dövlət orqanlarından daxil olmuş məktublar əsasında aparılıb.
Ötən ilin yalnız ikinci yarımili ərzində bu məqsədlə 7 aptekdə başçəkmələr həyata keçirilib.
Həmçinin şöbənin müfəttişləri Dövlət Təhlükəsizliyi Xidmətinin, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin, Bakı Şəhər Prokurorluğunun və Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşlarının bir neçə əczaçılıq müəssisəsində keçirdiyi yoxlamalarda mütəxəssis kimi iştirak ediblər.
Femida.az
Oxunub: 410
Oxşar xəbərlər
- Səhiyyə Nazirliyi Qurban bayramı ilə bağlı vətəndaşlara müraciət edib
- Səhiyyə naziri valideynlərə müraciət edib
- Səhiyyə Nazirliyi yuxu və qida rejimi ilə bağlı sürücülərə müraciət edib
- Səhiyyə naziri qapalı məkanlarda maska tələbinin ləğvi məsələsinə münasibət bildirib
- Səhiyyə qurumları “Peyvənd sertifikatı” ilə bağlı əhaliyə çağırış edib
- Səhiyyə Nazirliyindən əhaliyə VACİB ÇAĞIRIŞ
- Səhiyyə nazirinin 4 müavini işdən çıxarılıb, yeniləri təyin olunub
- Səhiyyə Nazirliyi “Omikron”la bağlı yenidən əhaliyə müraciət edib
- Səhiyyə Nazirliyi, Dövlət Agentliyi və TƏBİB vətəndaşlara müraciət edib
- Səhiyyə Nazirliyi "Omikron"la bağlı əhaliyə çağırış edib