Dəmir yolu stansiyasında qumbara tapılıb


11:42     25 Yanvar 2019 qumbara.jpg

Polis əməkdaşları tərəfindən dəmir yolu stansiyası ərazisində silah-sursat tapılıb.

DİN Mətbuat Xidmətindən Femida.az-a verilən məlumata görə, ​Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının yanvarın 23-də daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Füzuli rayonu Daşburun dəmir yolu stansiyasının ərazisindən 1 ədəd “F-1” qumbarası, 1 ədəd qumbara alışdırıcısı, 1 ədəd işarəverici fişəng, 7 ədəd boş avtomat sandığı, 1116 ədəd müxtəlif çaplı avtomat patronu və 1 ədəd sökülmüş vəziyyətdə olan “TOZ 8” markalı tüfəng aşkar edilərək götürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 340