Çin prezidenti İlham Əliyevi təbrik etdi
00:30 29 May 2016
Çin Xalq Respublikasının sədri (prezident) Si Cinpin Azərbaycan Prezidenti İlham Əliyevə məktub göndərib.
Femida.az xəbər verir ki, məktubda deyilir
"Hörmətli cənab Prezident.
Milli bayramınız - Respublika Günü münasibətilə Zati-alinizə və Sizin şəxsinizdə dost Azərbaycan xalqına və Hökumətinə Çin xalqı və Hökuməti adından, şəxsən öz adımdan səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.
Mən Çin-Azərbaycan münasibətlərinə böyük diqqət yetirirəm. Əminəm ki, ölkələrimizin və xalqlarımızın gələcək rifahı naminə birgə səylərimiz Çin-Azərbaycan münasibətlərinin daha da genişlənməsinə töhfə verəcək.
Zati-aliləri, Sizə möhkəm cansağlığı, fəaliyyətinizdə uğurlar, ölkənizə qüdrət və tərəqqi, xalqınıza xoşbəxtlik və sülh arzulayıram".
Oxunub: 1156
Oxşar xəbərlər
- Cinayətkar həbsxananın qarşısında tutuldu - Bakıda əməliyyat
- Çin ABŞ və Almaniyaya etiraz etdi
- Cinsiyyət orqanında narkotik keçirən qadın tutuldu - FOTO
- Cinsi mənsubiyyətə görə edilən abortlar qadağa edilir
- Çində iki gəmi toqquşdu - 12 itkin
- Çində sürüşmə nəticəsində 6 nəfər öldü
- Cinayət-Prosessual Məcəlləsinə dəyişiklik edilir
- Çin tankları Cibutidə hərbi təlimlər keçirib
- Çin də silkələdi
- Çində atışma - 3 ölü, 6 yaralı