Susuz qalmış bakılılara MÜJDƏ


22:00     22 İyul 2016 su%20olmayacaq.jpg

Artıq 3 gündür ki, Bakının bir sıra rayonlarında suyun verilməsi dayandırılıb.


Hələ iyulun 20-də "Azərsu" ASC-nin mətbuat xidmətindən bildirmişdilər ki, Bakının 7 rayonuna içməli suyun verilməsi 1-2 gün ərzində tam bərpa olunacaq. Lakin problem hələ də həll olunmayıb.

Məsələ ilə bağlı "Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı Femida.az-a bildirib ki, bu gün axşamdan etibarən suyun verilməsi bərpa olunacaq:

"Hacıqabul rayonu ərazisində Bakıya gələn magistral su kəmərində qəza baş vermişdi. Ona görə də Kür suyunun paytaxta verilməsində problem yaranmışdı. Amma qəza tam aradan qaldırılıb. Təmir işləri bu gün başa çatıb və kəmərlə Bakıya su vurulur. Artıq su paytaxtda anbarlara gəlib çatıb. Bu gün axşamdan etibarən içməli suyun verilməsini bərpa edəcəyik. Sabah səhər tezdən isə su tam rejimlə veriləcək və bütün problemlər də həll olunacaq".

Açar sözlər:

Oxunub: 1325


Oxşar xəbərlər