Qadın ərini qətlə yetirdi - Bakıda dəhşət


16:24     23 İyul 2016 qadin%20evinde%20olduruldi.jpg

Sabunçu rayonunun Ramana qəsəbəsində yaşayan qadın ərini qətlə yetirib.


Femida.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, iyulun 23-də Sabunçu rayonunun Ramana qəsəbəsində yaşayan Vüqar Kərimovun üzərində zorakılıq əlamətləri olan (kəsilmiş-deşilmiş xəsarət) meyiti evində tapılıb.

Sabunçu RPİ 12-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni ailə-məişət münaqişəsi zəminində törətməkdə şübhəli bilinən arvadı Nuridə tutulub.

Açar sözlər:

Oxunub: 2002