Çavuşoğlu:“Qaçanları da gətirəcəyik“
20:32 23 İyul 2016
"Türkiyə Fətullahçı terror təşkilatının (FETÖ) qurumlarının mövcud olduğu dövlətləri həmişə məlumatlandırıb".
Femida.az "Habertürk"ə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
Onun sözlərinə görə, bəzi ölkələrdə bununla bağlı tədbirlər görülmüşdü: "Ancaq Türkiyədə iyulun 15-də baş tutmayan dövlət çevrilişi cəhdindən sonra çox ciddi addımlar atıldığını görürük. Məsələn, Somali rəsmi şəkildə FETÖ ilə əlaqəli olan bütün məktəbləri bağlayıb və ölkəni tərk etmələri üçün onlara bir həftə vaxt verib. Azərbaycanda və İordaniyada da eyni şəkildə addımlar atılıb. Nigerdə də onların fəaliyyətləri qadağan edilir. Şimali Kiprdə FETÖ terror təşkilatı siyahısına daxil edilib. Həmin ölkələrə qaçanlar da var, onları da gətirəcəyik".
Oxunub: 1045
Oxşar xəbərlər
- "Bakmil"ə gedənlərin nəzərinə
- Daha bir avtobus qəzası - Piyada öldü
- 14 yaşlı qız itkin düşüb - FOTO
- Azərbaycanlı iş adamından 500 minlik DƏLƏDUZLUQ
- Ərəblərin Qəbələ sevgisi - BƏƏ-dən birbaşa reys açıldı
- Özünü qatarın altına atıb öldürən gəncin FOTOLARI + VİDEO
- İşsizlərə ŞAD XƏBƏR!
- `Ölüm son deyil...` - İntihar edən şairin son şeiri və FOTOLARI
- Sarkisyan xəstəxanaya yerləşdirildi
- Salatın Əsgərovanı qətlə yetirən ermənilər kimlərdir? -ADLAR