Gömrükdə `Samsung` əməliyyatı


20:04     21 Oktyabr 2016 samsunq.jpg

Xaçmaz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında Rusiya istiqamətindən "Xanoba" gömrük postunun gömrük nəzarəti zonasına daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi "Mercedes Benz" markalı avtomobilə gömrük baxışı keçirilib.


Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən Femida.az-a verilən məlumata görə, yoxlama zamanı nəqliyyat vasitəsinin arxa buferinin altındakı boşluqdan gömrük nəzarətindən gizlədilən, 19 ədəd “Samsung Galaxy J1 mini”, 5 ədəd “Samsung Galaxy J1” və 6 ədəd “Samsung Galaxy J3” markalı telefonlar, avtomobilin ön sağ təkərindən isə 30 ədəd “Samsung” markalı adaptelər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 1017