Cəsədi parçalayıb tualet quyusuna atdılar


21:45     21 Oktyabr 2016 211020161537180641035_2.jpg

Antalyada 56 yaşlı İzzət Dəmirözü öldürdükdən sonra meyitini parçalayıb tualetə atan 53 yaşlı Fatimə Sayım ilə 26 yaşlı Əhməd Bayrama ömürlük həbs cəzası istənilib.


Femida.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Antalyanın Aksu adlanan hissəsində yaşayan İzzət Dəmiröz ötən ilin iyul ayında arvadı Nərmin Dəmirözə Kayseriyə getdiyini və bir neçə günə qayıdacağını bildirib.

Lakin aradan xeyli müddət keçsə də, arvadı İzzət Dəmirözdən xəbər ala bilmir. Bir müddət sonra İzzətin maşını keçmiş sevgilisi olan Fadimə Sayım adlı qadının evinin yaxınlığında tapılır. Fadime Sayımdan İzzəti görüb-görmədiyini soruşan ailə müsbət cavab ala bilmir və polisə müraciət edir.

Parçalanan cəsəd tualet quyusunda tapılır

Bir ildir Əhməd Bayram ilə sevgi münasibətləri yaşayan Fadimə Sayım təqibə alınır. Telefon danışıqları dinlənildikdən sonra İzzət Dəmirözü bu cütlüyün öldürdüyü məlum olur. Cinayəti etiraf edən sevgililər İzzət Dəmirözü evə çağırıb öldürdüklərini, meyiti parçalara ayırdıqlarını, daha sonra isə paketlərə dolduraraq tualet quyusuna atdıqlarını boyunlarına alırlar.

İstintaq zamanı Fadimə Sayımın həm İzzət Dəmiröz, həm də Əhməd Bayramla əlaqəsinin olduğu ortaya çıxır.

İşə 3-cü Ağır Cəza Məhkəməsində baxılıb. 7-ci prosesdə Əhməd Bayram deyiləsi sözünün olmadığını bildirir. Fadimə Sayım isə İzzət Dəmirözün ürək tutmasından öldüyünü, meyitdən qurtulmaq üçün onu hissələrə ayıraraq tualetə atmaq qərarına gəldiklərini deyib.

Sonuncu prosesdə təqsirli bilinən şəxslərə ağırlaşdırılmış ömürlük həbs cəzası istənilib.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 1073