Lənkəranda dava: araya girən qadın öldü
00:23 23 Oktyabr 2016
Lənkəranda dalaşan qonşuları ayırmaq istəyən qadın ölüb.
Femida.az "Report"a istinadən xəbər verir ki, hadisə Lənkəran rayonunun Kərgəlan kəndində baş verib.
Kənd sakini 63 yaşlı Səfərova Ağabanı Balağa qızı həyat yoldaşı ilə qonşusunun məişət zəminində mübahisə etdiklərini, mübahisənin dalaşmaya çevrildiyini görərək, onları sakitləşdirmək məqsədilə araya girib. Nəticədə huşunu itirərək yerə yıxılıb.
Yaxınlarının dediyinə görə, A.Səfərova ürək tutmasından dünyasını dəyişib. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə gətirilib.
Fakt üzrə Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.
Femida.az
Oxunub: 2294
Oxşar xəbərlər
- `Ölüm son deyil...` - İntihar edən şairin son şeiri və FOTOLARI
- Mübahisə qanla bitdi: 32 yaşlı kişi bıçaqlandı
- Çitə, məhrək, deltaplan... - Orfoqrafiya sözlüyündə yeni sözlər
- Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacaq
- Bakıda üçmərtəbəli bina yandı - Ev sahibi xilas edildi
- Yeni ili sərxoş qarşılayanlar... - 13 nəfər ölümdən döndü
- Türkiyə XİN: `ABŞ İrandakı hadisələri qızışdırır`
- Ruhani söz verdi: İqtisadi problemlər həll ediləcək
- Oqtay Şirəliyev: “Təbabət elmimiz zamanla ayaqlaşmır”
- Bakı sakinlərinə ŞAD XƏBƏR: Avtobuslar bu saata qədər işləyəcək