`Hrant Dink işi`nin hakimi FETÖ-çü imiş


19:28     02 Dekabr 2016 hrant_5.jpg

Erməni əsilli jurnalist Hrant Dinkin öldürülməsi ilə əlaqədar gedən məhkəmə işinin hakimi Bünyamin Karakaş “FETÖ əməliyyatı” çərçivəsində saxlanılıb.


Femida.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, məhkəmə prosesi davam edərkən otağında əməliyyat aparılan Karakaş hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Xatırladaq ki, Agos qəzetinin əməkdaşı olan Hrant Dink 2007-ci il yanvarın 19-da güllələnərək öldürülüb. Onun ölümü ilə bağlı məhkəmə prosesi hələ də davam etməkdədir.

Qeyd edək ki, Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə mübarizə çərçivəsində 192 hakim saxlanılıb ki, bunların da 55-i İstanbul məhkəmələrinin hakimləridir.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 1095


Oxşar xəbərlər