`Evimiz başımıza uçur, qonşuda qalırıq` - Ucardan dəhşətli fotolar


19:42     02 Dekabr 2016 ucar%20ev75.jpg

Ucar rayonu Şahlıq kənd sakini Yahyayeva Kəklik Mustafa qızı tərəfindən Femida.az -a müraciət daxil olub. Vətəndaş müraciətində qəzalı evdə yaşamasından və hər an həyatının təhlükədə olduğunu qeyd edib.


“Yaşadığımız ev qəzalı vəziyyətində olduğu üçün hər an uça bilər.Buna görə qonşunun evində yaşamağa məcburam.

Bu barədə Ucar Rayon İcra Hakimiyyəti başçısına dəfələrlə müraciət etsək də heç bir tədbir görülmür. Gəlib baxıb nəsə yazıb gedirlər.

İnsult keçirmişəm pensiyaçıyam, qızım ruhi xəstə olmaqla 2-ci qrup əlildir.Onun pensiyası ilə mənim pensiyam cəmi 210 manat edir ki, bu bizim heç dərmanlarımıza çatmır. Həyat yoldaşım vəfat edib, oğlum yoxdur. Heç bir yerdən köməyimiz yoxdur.

Mən mətbuat vasitəsi ilə aidiyyatı qurumlardan xahiş edirəm ki, bizim evə nümayəndənizi göndərin, gəlib baxsınlar bizə köməklik edin. ”



















Miri Məcidli
Femida.az


Açar sözlər:

Oxunub: 3205


Oxşar xəbərlər