Deputatların qış tətili başa çatdı
20:05 15 Yanvar 2017
Milli Məclis deputatlarının qış tətili başa çatıb.
Femida.az xəbər verir ki, yanvarın 1-dən tətilə çıxan deputatlar sabahdan işə başlayacaqlar. Milli Məclisin Daxili Nizamnaməsinə uyğun olaraq, deputatlar 15 gün məzuniyyətdə olublar.
Yanvarın 16-dan etirbarən Milli Məclisin komitələri işə başlayaraq yaz sessiyasında müzakirəyə çıxarılacaq qanun layihələrini nəzərdən keçirəcək.
Milli Məclisin yaz sessiyasının ilk iclası isə fevral ayının 1-də baş tutacaq. Qanunvericiliyə uyğun olaraq, yaz sessiyası fevralın 1-dən mayın 31-dək qədər davam edir.
Femida.az
Oxunub: 1474
Oxşar xəbərlər
- Deputatların maaşı artırılmayıb - Maliyyə şöbəsindən açıqlama
- Deputatların maaşı artırılsın - Siyavuş Novruzovdan təklif
- Deputatların Belarus səfəri başa çatdı
- Deputatların etik davranış qaydaları ilə bağlı SƏRƏNCAM
- Deputatların etik davranışı müzakirəyə çıxarılır
- Deputatların etik kodeksi hazırlanır
- Deputatların iclası təxirə salındı
- Deputatların etik kodeksi hazırlanır
- Deputatların Sankt-Peterburqa səfəri başa çatıb
- Deputatların yeni vəzifə təyinatı