Oğuzda qadın çardaqdan yıxıldı - Boynu çatladı


13:51     16 Yanvar 2017 xestexana_012541.jpg

Oğuzda çardaqdan yıxılan 52 yaşlı qadın ağır xəsarət alıb.


Femida.az xəbər verir ki, Oğuz Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA-ya verilən məlumata görə, yanvarın 15-i saat 11 radələrində rayonun Padar kənd sakini 52 yaşlı Mahiyə Abbasova çardaqdan yıxılıb.

Onun müxtəlif dərəcəli ağır bədən xəsarətləri alması barədə Oğuz MRX-nın Təcili Tibbi Yardım Şöbəsinə məlumat daxil olub. Hadisə yerinə cəlb edilmiş həkim briqadası xəstənin vəziyyətini nəzərə alaraq onu Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına (ŞMX) aparıb.

Mingəçevir ŞMX-dan APA-ya bildirilib ki, xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Mahiyə Abbasovaya ağır qapalı kəllə-beyin travması və boyun fəqərələrinin çatı diaqnozu qoyulub, vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 1156