Ekologiyanı pozanlar 52 min cərimələnib
20:02 17 Yanvar 2017
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) ətraf mühitin mühafizəsini həyata keçirən qurumları tərəfindən 2016-cı il ərzində ölkə ərazisində atmosfer havasının mühafizəsi üzrə ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb.
Nazirlikdən Femida.az-a verilən məlumata görə, ETSN əməkdaşlarının apardığı araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən yol verilmiş qanun pozuntularına görə 120 akt və 51 protokol tərtib olunub. Müəyyən edilən nöqsanların aradan qaldırılması üçün isə icrası məcburi olan 24 müddətli “məcburi göstəriş” verilib. Əlli doqquz iş üzrə 42500 manat məbləğində cərimə, ətraf mühitə dəyən ziyana görə bir iş üzrə 1200 manat məbləğində iddia qaldırılıb, 1386 iş üzrə 329620,46 manat məbləğində ödəmə tətbiq edilib.
İcra qruplarına göndərilən 29 işdən 16-na, hüquq mühafizə orqanlarına göndərilən 10 işdən 5-nə və məhkəmələrə göndərilən 2 işdən 1-nə baxılaraq müvafiq tədbir görülüb. Qalan işlər isə hazırda icraatdadır.
Oxunub: 930
Oxşar xəbərlər
- Ekologiyanı çirkləndirənlər 81 min cərimələnib
- Ekologiyanı pozanlar 46 min cərimlənib
- Ekologiyanı pozanlar cərimələnib
- Ekologiyanı pozanlar 63 min manat cərimələnib
- Ekologiyanı çirkləndirən 248 nəfər cərimələndi
- Ekologiyanı pozanlar cərimələndi
- Ekologiyanı pozanlar cərimələndi
- Ekologiyanı pozanlar 56 min cərimələndi
- Ekologiyanı pozanlara 36 min cərimə
- Ekologiyanı pozanlar 29 min cərimələndi