`Uşağımı da əlimdən aldılar, azadlığımı da...` – Məhkum qadının dəhşətli həyatı (VİDEO)


19:17     31 Yanvar 2017 Screenshot_10.png

Femida.az hazırda məhkum həyatı yaşayan Zəhra İsgəndərova adlı qadının acınıcaqlı həyatını oxuculara təqdim edir.


1989-cu ildə Şəmkir rayonunda anadan olan Zəhra İsgəndərova kasıb bir ailənin övladı olub. atası içkiyə meyilli imiş. Buna görə də evi anası dolandırırmış.

“Cavan qız kimi çoxlu arzularım var idi. Məni 18 yaşım tamam olmamış bibimin nəvəsinə nişanladılar. Lakin nə atam, nə də nişanlımın atası bizim ailə qurmağımıza razılıq vermədi. Nişanlıma zəng etdim ki, razılıq olmadığına görə nişanı qaytaraq. Lakin o əsəbiləşərək dedi ki, ayrıla bilmərik. Sonra bizə qonaq gəldilər. Nişanlımla söhbət etmək üçün gəzməyə çıxdıq. Çölə çıxan kimi məni qaçırdılar. 8 aylıq hamilə olarkən yoldaşımdan ayrıldım və atamın yurduna qayıtdım. Evə qayıdandan sonra çox dəhşətli günlərim başladı. Soğan sahələrində çalışmaqla günlük 10 manat qazanırdım ki, bunun da yarısını atam və qardaşıma verirdim. Atamın araq pulunu da mən ödəyirdim. Anam Bakıda yaşayırdı. Sonunda dözmədim və uşağımı da götürüb anamın yanında gəldim.”, - Zəhra İsgəndərova deyir.

O, bildirir ki, heç bir gunahı olmadan uşaq alverinə görə həbs olunur:

“Anam da Bakıdakı kafelərin birində süpürgəçi işləyirdi. Artıq o həddə çatmışdım ki, uşağımı övladlığa vermək istəyirdim. Murad adlı yaxın adamımız var idi. O, mənə dedi ki, bir nəfər tapıb uşağı övladlığa verərik. Yol gedərkən qarşımı bir maşın kəsdi. Mənə dedi ki, Muradın dostuyam. Maşında ondan başqa bir kişi və qadın var idi. Onlar uşağı övladlığa götürmək istəyirmiş. Oturdum maşına. Mənə dedilər ki, uşağı onlar saxlasın, mən isə hər həftə gəlib baxaram. Onlara dedim ki, uşağımı övladlığa vermək fikrim yoxdur. Lakin birdən arxadan mənə 10 min manat uzatdılar. Dedilər ki, özümə ev, yaxud torpaq sahəsi alaram. Onlara uşağımı verməyəcəyimi dedim. Maşından düşən kimi məni tutdular. Burada nə etdiyimi, uşağın kim olduğunu soruşdular. Öz uşağım olduğunu dedim. Çantamı açdılar, 10 min manat çıxdı. Elə bildilər ki, uşağı satırdım. Məhkəmənin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edildim. Nəticədə, uşağımı da əlimdən aldılar, azadlığımı da”.



Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 3111


Oxşar xəbərlər