Çexiyada zavodda partlayışlar - Xəsarət alanlar var


01:33     24 Fevral 2017 zavodda_partlayish.jpg

Çexiyanın şərqində zavodların birində partlayış baş verib.


Femida.az xəbər verir ki, partlayış nəticəsində azı 18 nəfərin xəsarət aldığı bildirilir.

Polisin verdiyi məlumata görə, ilk partlayış yerli vaxtla saat 11:00-da Poliçka şəhəri yaxınlığında yerləşən zavodun sexlərindən birində baş verib.

Daha sonra ardıcıl olaraq yenə partlayış səsləri eşidildiyi barədə məlumat var. Hazırda ərazidə xilasedicilər işləsələr də, partlayış yerinə yaxın düşə bilmirlər. Partlayışın səbəbləri məlum deyil.

Regional Xilasetmə Xidmətinin rəhbəri Pavel Svobodanın yerli KİV-ə verdiyi məlumata görə, 3 nəfər xilasedici də xəsarət alıb.

Sakinlərə hadisə yerinə yaxınlaşmamaq barədə xəbərdarlıq edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 1000