Təxribata əl atan erməni idmançı yarışdan qovulub


01:19     26 Fevral 2017 0a385098d0b875.jpg

“Fight Nigts Global” şirkəti Azərbaycan təmsilçisi Elnar İbrahimovla döyüşdən sonra təxribata yol verən erməni döyüşçü Vartan Asatryanla müqaviləni pozub.


Femida.az xəbər verir ki, bununla bağlı Asatryana rəsmi bildiriş göndərilib.

Onun qovulmasına səbəb kimi geyimində siyasi məzmunlu simvoldan istifadə etməklə etik normaların pozulması göstərilib. Şirkət bildirir ki, döyüşçülərin müqavilələrində bu məsələyə dair bəndlər var.

Qeyd edək ki, Krasnodarda yaşayan Vartan Asatryan Elnar İbrahimovla döyüşə üzərində Rusiya və Ermənistanla yanaşı, qondarma Dağlıq Qarabağ Respublikasının bayraqlarının əks olunduğu şortiklə çıxıb. Həmin şortikdə həm də qondarma erməni soyqırımından bəhs edən təsvir olub. Asatryan İbrahimovu məğlub etdikdən sonra isə rinqdə qondarma qurumun bayrağını nümayiş etdirib.

Femida.az

Açar sözlər:

Oxunub: 5118