Sabah duman olacaq - Şaxta düşəcək
16:40 27 Fevral 2017
Bakı və Abşeron yarımadasında fevralın 28-də hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub küləyi gündüz şimal küləyi ilə əvəz olunacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Femida.az-a verilən məlumata görə, havanın temperaturu gecə 2-5° isti, gündüz 8-13° isti, Bakıda gecə 3-5° isti, gündüz 10-12° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 50-60 % təşkil edəcək.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 0-5° isti, gündüz 13-18° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 5-10° isti olacağı gözlənilir.
Femida.az
Oxunub: 1195
Oxşar xəbərlər
- Sabah hava yağışlı olacaq
- Sabah hava küləkli olacaq
- Sabahın məzənnəsi
- Sabah yağış yağacaq, duman olacaq
- Sabaha olan hava proqnozu
- Sabah hava necə keçəcək? - Proqnoz
- Sabahın hava proqnozu - külək, duman..
- Sabah hava yağmursuz olacaq
- Sabahın məzənnəsi açıqlandı
- Sabah Bakıda yaz havası olacaq - PROQNOZ