Xəstəxanada tüstülənmə - 90 nəfər təxliyə olundu


22:36     27 Fevral 2017 521702.jpg

Yekaterinburqda xəstəxanada tüstülənmə faktı qeydə alınıb. Trend-in məlumatına görə, bu səbəbdən xəstəxanadan 90 nəfər təxliyə olunub.


Rusiya FHN-in yaydığı məlumata görə, tüstülənmə qısqapanma nəticəsində yaranıb.

Məlumatda bildirilib ki, xəstəxananın 7-ci mərtəbəsində baş vermiş qısaqapanma nəticəsində yaranmış tüstülənmə ilə əlaqədar 74 pasiyent, 8 yataq xəstəsi və 8 xəstəxana əməkdaşı olmaqla 90 nəfər təhlükəsiz yerə təxliyə olunub.

Hadisə yerinə 17 yanğınsöndürmə maşını cəlb edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 1103