`Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur` - Tusk


00:03     28 Fevral 2017 donald-tusk_2784050b.jpg

Dağlıq Qarabağ münaqişəsi yalnız sülh yolu ilə həll oluna bilər.


Femida.az -ın RİA Novosti-yə istinadən məlumatına görə, bu sözləri Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk Ermənistan prezidenti Serj Sarkisyanla görüşdən sonra bəyan edib.

“Dağlıq Qarabağ münaqişəsi yalnız beynəlxalq qanunlar çərçivəsində, danışıqlar yolu ilə nizamlana bilər. Bu münaqişənin hərbi yolla həlli yoxdur”.

D.Tuskun sözlərinə görə, Avropa Şurası ATƏT-in Mİnsk Qrupunun Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində səylərini dəstəkləyir.

Femida.az

Açar sözlər:

Oxunub: 4646