Prokurorluğun sabiq əməkdaşı məhkəmə qarşısına çıxacaq


02:00     30 Mart 2017 1398947325_mehkeme3.jpg

Bakı Apellyasiya Məhkəməsində Bakı Şəhər Prokurorluğunun dələduzluqda təqsirləndirilən sabiq əməkdaşı Samir Nəsirovun apellyasiya şikayəti və prokurorluğun verdiyi apellyasiya protesti əsasında məhkəmə prosesi başlayıb.


Femida.az-ın məlumatına görə, ilkin baxış iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası aprelin 12-nə təyin olunub.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, S. Nəsirov barəsində 2 il sınaq müddəti təyin edilməklə şərti cəza seçilib və o, məhkəmə zalından azadlığa buraxılıb. S. Nəsirov hökmdən apellyasiya şikayəti verərək bəraət hökmünün çıxarılmasını, prokuror isə protest verərək onum cəzasının ağırlaşdırılmasını istəyib.

İttihama görə, S. Nəsirov zərərçəkmiş şəxslərə qarşı ümumilikdə 150 min manatdan çox dələduzluqda təqsirləndirilib.

Xatırladaq ki, bir müddət öncə xidməti və icra intizamını, eləcə də Baş Prokurorluq üzrə müvafiq əmrlərin tələblərini kobud şəkildə pozduğuna görə Bakı şəhər Prokurorluğunun idarə prokuroru Samir Nəsirov barəsində prokurorluq orqanlarından xaric edilməklə xidməti araşdırma materialları üzrə cinayət işi başlanıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1218