Ukrayna Ermənistandakı seçkilərə müşahidəçi göndərməyəcək


13:36     01 Aprel 2017 c251cf4cd4374e0cd975ecbdb2f978b5.jpg

Ukrayna aprelin 2-də Ermənistanda keçiriləcək parlament seçkilərinə müşahidəçi göndərməyəcək.


`RİA Novosti` agentliyinin verdiyi məlumata görə, bu barədə İrəvanda MDB-nın icraçı katibi, MDB-dən olan müşahidə missiyasının rəhbəri Sergey Lebedev bildirib.

"Seçkiləri müşahidə etmək təklifinə MDB ölkələrindən yalnız Azərbaycan və Ukrayna müsbət cavab verməyib", - deyə o bildirib.

S. Lebedev Ukraynanın bu addımını Kiyevin müşahidə missiyalarının yerinə yetirilməsi barədə razılaşmadan çıxması ilə izah edib.

Femida.az

Açar sözlər:

Oxunub: 3845