• Ana səhifə / Manşet

Xəbər lenti

“Bizdə riyakarlıq ana bətnində yaranır” - Ermənilər öz xalqları haqqında


Tarix 10.08.15, 15:40


Ermənilərin dünya durduqca gördükləri hər şeyə tamah salması, özününküləşdirməsi tək bizim üçün yox, bütün dünya üçün adi hadisəyə çevrilib.


Femida.az erməni alimlərin özləri haqda dedikləri aforizmə çevrilmiş ifadələri sizə təqdim edir.

Erməni şairi Yeqişe Çarens : “Bizdə riakarlıq ana bətnində olarkən yaranır”.

Ovanes Tumanyan: “... həqiqi qurtuluş daxildən başlanmalıdır, çünki biz daxilən xəstəyik”. (O. Tumanyan, “İzbrannaya proza”, səh.201, Yerevan 1977).

N.S.Vartapetov: “Xristian bayrağı ilə silahlanaraq (Erməni kilsəsi nəzərdə tutulur)bütün dövrlərdə tarixi Albaniyanın və onun ayrılmaz hissəsi olan Qarabağın (Arsax) xalqlarını məhv etmişdir” və “bir vaxtlar tarixi vəziyyətə məharətlə uyğunlaşaraq Bizans imperiyasına, İran Sasanilərinə, ərəb xəlifələrinə və monqollara xidmət etdiyi kimi Səfəvilərə, daha sonra Rusiya imperiyasına xidmət etmişdir”. (Vartapetov, “Xristianskie pamyatniki Zakavkaziya”).

Manuk Abeqyan- ədəbiyyatşünas, dilçi, folklorşünas, akademik : “... erməni xalqının kökləri haradadır, buraya necə, nə vaxt, haradan və hansı yollarla gəlib... Bizdə bunun dəqiq və aydın sübutları yoxdur”. (İstoriya armyanskoy literaturı” İrəvan, 1975).

Tanınmış mütəxəssis Levon Dabeqyan : “... ermənilər öz milli varlığı üçün birbaşa ... türklərə borcludurlar. Əgər biz bizanslılar və ya başqa avropalılar arasında qalsaydıq, erməni adı ancaq tarixi kitablarda saxlana bilərdi”.

Xaçatur Abovyan, müasir erməni ədəbiyyatının banisi, yazıçı, pedaqoq: “Bizim xalq danışıq dilində nəinki azərbaycanca ayrı-ayrı sözləri, eləcə də bütöv cümlələri işlədir”., “Türk dili lənətə gəlsin, ancaq bu dil Allahın xeyir-duasını alıb... bütün şadlıqlarda və toy mərasimlərində biz türkcə oxuyuruq”. (X. Abovyan, “Ranı Armenii, İrəvan, 1939). “Azərbaycan dili bizdə o qədər yayılıb. Xalq arasından çıxan istedadlar da bu dildə yazır.”

Qazaros Ağayan : “Türklər [azərbaycanlılar], kürdlər – kürd, ermənilər isə - azərbaycanlılaşdırılmış erməni hesab edirlər. Onun mahnılarını Azərbaycan və kürd dillərində ancaq ermənilər oxuyurlar”. (Q.Aqayan, İzbrannıe proizvedeniya, İrəvan, 1939, na armyanskom yazıke). “... bizim aşıqların şeirlə dastanları yoxdur, onların hamısı azərbaycancadır”. (Q. Aqayan)

A.Arşaruni: “Erməni aşıqlarının Azərbaycan, erməni və gürcü dillərində uğurlu şeir yazmaları haqqında danışmaq yersiz olardı. Erməni xalqı daima Azərbaycan folklorundan və Azərbaycan xalqının klassik ədəbi irsindən uğurla istifadə etmişdir”.

Yuxarıdakı nümunələrdən sizə saysız-hesabsız örnəklər təqdim edə bilərik. Ermənilərin özlərinə məxsus dilinin, ədəbiyyatının, söz ehtiyatının olmaması haqda öz dillərindən tarixi faktlar yetəri qədərdir.

Səyyad Nəva kimdir?



Uzun müddətdir ki, Türkiyə mediası Səyyad Nəvanın kimliyi haqda araşdırma aparır.

Səyyad Nəvanın milli kimliyi sual altında olsa da, yazdığı və bəhrələndiyi dil və ədəbiyyat doğma Azərbaycan dilimizdir. Sovet İmperiyası dövründə belə, Səyyad Nəvanın xüsusi maraq kəsb edən yaradıcılıq nümunəsi yaratmadığını saxtalaşdırmaq mümkün olmayıb. Səyyad Nəva ermənilərin dediyi kimi “dahi” olmayıb. Azərbaycan ədəbiyyatında yüzlərlə Səyyad Nəvalar var.

Səyyad Nəva XVIII əsrdə yaşamış, atası suriyalı, anası isə gürcü qızı almış qafqazlı aşıqdır. Uzun müddət Səfəvi sarayında xidmət göstərib. Müxtəlif mənbələrdə onun Səfəvi sarayında yüksək mövqe tutan rütbəlilərdən birinin bacısına aşiq olduğunu, buna görə nüfuzunu itirib saraydan uzaqlaşdığı deyilir. Bundan sonra bir müddət İranda, daha sonra isə Qaxda kilsədə rahiblik edir. Daha sonra aşıq Mərmər adlı qadınla evlənir. Mərmər adından da məlum olduğu kimi türk əsilli olub. Dövrün qaydalarına görə isə türk qızının erməni əsilli keşişlə evlənməsi qeyri-mümkün idi. Nəticədə isə Səyyad Nəva ermənilər tərəfindən, erməni kilsəsində öldürülüb.

Bütün saxtalaşdırmalar, oğurluqlar bir tərəfə, biz nəinki əlimizdəkiləri qoruya bilirik, heç əlimizdə olanları təbliğ edə, tanıda da bilmirik.

Erməni müğənnisi Eva Rivasın xarici televiziya kanallarında “Sayat Nova - Tamam Ashkhar” adlı klipi yayımlanır. Klipin girişi Suriyada, qalan hissələri isə ŞUŞA, GÖYÇƏ və DƏRƏLƏYƏZ mahalında çəkilib. Biz isə nə Əhməd Cavad, nə də Üzeyir Hacıbəyov haqda bircə dünya efirinə təqdim edilməyə layiq film belə çəkməmişik.

Sizə ermənilərin tarixi saxtalaşdırdığını sübut edən “Narın rəngi”, “Üçbuçaq”, Üzeyir Hacıbəyovun Komitas-Aslamazyan tərəfindən “O olmasın, bu olsun” əsərindən olan iki oğurlanmış əsəri, Türkiyədə doğulub böyümüş, hazırda Amerikada yaşayan bəstəkar Ara Dikjianın “Kamança” adı ilə mənimsədiyi, Üzeyir Hacıbəyovun “Çırpınırdı Qara dəniz” əsəri ilə səhv salınan “Kamança”, Eva Rivasın oxuduğu Azərbaycan xalq muğamlarının parodiyası olan, Səyyad Nəvaya həsr edilmiş “Tamam aşkar” klipini, 1967-ci ildə çəkilmiş “Uçbucaq” filmini təqdim edirik:







Günay Arda
Femida.az

Xəbərin oxunma sayı : 5164









Araşdırma
img

Azərbaycanlı atasının 40 mərasimini vermədi - Kambocaya su çəkdirdi

img

Sorğu

Harada istirahət edəcəksini?

Səs ver
Nəticəyə bax
img
img