Anar Məmmədxanovun anım günüdür


13:17     23 Aprel 2017 anar%20memmedxanov2.jpg

Milli Məclisin keçmiş deputatı, "Bakılı Oğlanlar" Şən və Hazırcavablar Klubunun keçmiş kapitanı Anar Məmmədxanovun vəfatından 6 il ötür.


Anar Məmmədxanov 1970-ci il iyulun 20-də Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirən A. Məmmədxanov 1992, 1993, 1995-ci illərdə Şən və Hazırcavablar Klubları arasında MDB çempionu, 2000-ci ildə XX əsr çempionu olub. Avrasiya Radio və Televiziya Akademiyasının üzvü olub. 1991-ci ildən Bakı Şən və Hazırcavablar Klubunun prezidenti, "Bakılı oğlanlar" komandasının kapitanı seçilib. Birinci və ikinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub. Üç övladı var.

Anar Məmmdxanov 2011-ci il aprelin 23-də qəflətən ürək tutmasından vəfat edib. Onun ölümünə səbəb kimi kəskin ürək qan-damar çatışmamazlığı ürəyin işemik xəstəliyi göstərilir.

Allah rəhmət eləsin!

Femida.az

Açar sözlər:

Oxunub: 874