“Həmrəyliyimiz birliyimizdir”


03:12     23 Aprel 2017 Həmrəyliyimiz%20birliyimizdir.jpg

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsi və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Quba rayonu Qəçrəş kənd tam orta məktəbində “İslam Həmrəyliyi İli”nə həsr olunmuş “Həmrəyliyimiz birliyimizdir” adlı tədbir keçirilib.


Femida.az xəbər verir ki, tədbirdə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev, Quba Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Tariyel İbrahimov, Quba rayon prokurorunun köməkçisi Ramiz Nəbiyev, Quba Rayon İcra Hakimiyyəti başçısının Qəçrəş kənd inzibati ərazi dairə üzrə nümayəndəsi Hörmət Əlirzayev, Quba rayon Qəçrəş kənd tam orta məktəbinin direktoru Rüfət Hacıyev və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Quba rayon Qəçrəş kənd tam orta məktəbinin direktoru Rüfət Hacıyev bildirib ki, bu gün ölkənin hər yerində olduğu kimi Quba rayonunda da dini maarifləndirmə sahəsində mühüm addımlar atılır. Qəçrəş kəndində həyata keçirilən “Həmrəyliyimiz birliyimizdir” adlı tədbir də bu qəbildəndir.

DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev məruzəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2017-ci ilin yanvar ayının 10-da imzaladığı Sərəncamla 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunmasının əhəmiyyətindən, bu ilin may ayında Bakıda baş tutacaq IV İslam Həmrəyliyi Oyunlarının ölkəmizə qazandıracağı imicdən və bu səpkidə həyata keçiriləcək tədbirlərin vacibliyindən danışıb.

Quba Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Tariyel İbrahimov da çıxışında Quba rayonunda maarifləndirmə sahəsində həyata keçirilən tədbirlərin əhəmiyyətinə toxunub.

Femida.az

Açar sözlər:

Oxunub: 1042


Oxşar xəbərlər