BMT baş katibi Bəşər Əsədi təbrik edib


20:42     23 Aprel 2017 esed-11.jpg

BMT baş katibi Antoniu Quterriş Suriyanın müstəqilliyinin 71-ci ildönümü ilə bağlı Suriya prezidenti Bəşər Əsədi və Suriya xalqını təbrik edib.


Femida.az xəbər verir ki, bu barədə SANA agentliyi məlumat yayıb.

BMT baş katibi təbrik məktubunda bildirib ki, Suriyanın BMT-nin möhkəmlənməsinə və dünyada sülhün, rifahın və insan hüquqlarının qorunmasına töhfə verəcəyinə ümid edir.

Qeyd edək ki, aprelin 17-də Suriyada ölkənin müstəqilliyinin 71-ci ildönümü qeyd edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 6057